Ukrayna DİN-in rəhbəri Arsen Avakov qeyd edib ki, Milli İslahatlar Şurasının iclasında Odessanın qubernatoru Mixail Saakaşvilinin özünü kobud aparması onu özündən çıxarıb, lakin ondan üzr istəməyəcək.
“Report” xəbər verir ki, bunu “Zerkalo nedeli. Ukrayna” (“Зеркало недели”) qəzetinə müsahibəsində A.Avakov bildirib.
“Saakaşvilinin kobudluğuna görə, mən özümdən çıxdım. Mən ondan üzr istəmirəm, lakin mən insanlardan öz emosiyalarıma görə üzr istəyirəm. Mən öz hisslərimi cilovlamalıydım”, – Avakov qeyd edib.
Qeyd edək ki, Milli İslahatlar Şurasının iclasında iki siyasətçi arasında insident baş verib. Avakov Saakaşvilinin birbaşa təhqirinə cavab olaraq onun üzərinə su atıb.