İspaniyanın Valensiya şəhərində 72-ci “La Tomatina” festivalı keçirilib.
Azərtac xəbər verir ki, festivalda 22 min insan iştirak edib. “Pomidor döyüşü” adı verilən festivalda onlar pomidorları bir-birilərinə ataraq əyləniblər. Altı yük maşını ilə gətirilən 160 ton pomidor 1 saat ərzində istifadə edilib.
Bu festival İspaniyada 1945-ci ildən hər ilin avqustunda keçirilir və turistlərin marağına səbəb olur.