XƏBƏR LENTİ

15 Yanvar 2021

Digər Xəbərlər

31 Avqust 2017 - 17:03

Moskvada sentyabrın 1-də törədiləcək terror aktlarınınqarşısı alınıb

Moskvada sentyabrın 1-i terror aktları törətməyi planlaşdıran şəxslər saxlanılıb.

Trend-in məlumatına görə, Orta Asiya ölkələrindən olan şəxslər İŞİD terror təşkilatının üzvü olub.

Onlardan biri sentyabrın 1-də kütlə arasında özünü partlatmağı planlaşdırdığını etiraf edib.

İkinci saxlanılan şəxs isə soyuq silahla insanlara hücum etməyi planlaşdırırmış.

Axtarış zamanı həmin şəxslərin telefonlarından İŞİD-lə bağlı videolar, çağırışlar və terror aktlarının törədilməsi üçün göstərişlər aşkar edilib.

Qeyd edək ki, sentyabrın 1-də Rusiyada yeni tədris ili başlayır.