XƏBƏR LENTİ

22 Yanvar 2021

Digər Xəbərlər

31 Avqust 2017 - 20:16

Çindən daha bir nəhəng layihə- 4000 km/saat sürətlə hərəkət edən qatar

Çinin Aerokosmos Elm və Sənaye Korporasiyası sürəti saatda 4 min kilometrə çatan qatar hazırlamağı planlaşdırır.

Trend-in məlumatına görə, “HyperFlight” qatarının ərsəyə gətirilməsində 20-yə yaxın Çin və xarici şirkət iştirak edəcək.

Layihənin 3 mərhələdə reallaşdırılması nəzərdə tutulur.

Birinci mərhələdə saatda 1000 kilometr sürətlə hərəkət edən regional qatarlar işə salınacaq. İkinci mərhələdə saatda 2000 kilometr sürətlə hərəkət edən qatarlar ölkənin iri meqapolislərini birləşdirəcək.

Üçüncü mərhələdə isə “HyperFlight” qatarlarının Çin hüdudlarından kənara çıxmağı nəzərdə tutulur.