XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

31 Avqust 2017 - 20:31

İraqın kürd muxtariyyəti referendumu ləğv etməkniyyətində deyil

İraqın kürd muxtariyyəti müstəqillik haqqında referendumu ləğv etmək niyyətində deyil.

Trend-in məlumatına görə, bunu muxtariyyətin rəhbəri Məsud Bərzani deyib.

M.Bərzani qeyd edib ki, İraqın mərkəzi hakimiyyəti ilə kürd muxtariyyəti arasında heç bir qarşılıqlı anlaşma yoxdur: "İraq hakimiyyəti birtərəfli siyasət yürüdür, ölkədə demokratik prinsiplər işləmir".

Xatırladaq ki, İraqın kürd muxtariyyətinin müstəqilliyi haqqında referendum sentyabrın 25-nə təyin edilib.