XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 August 2017 - 22:00

UTX Ukraynanın prezidenti Petro Poroşenkoya qarşı sui-qəsdlərinsayını açıqlayıb

Ukraynanın prezidenti Petro Poroşenkoya dövlət başçısı vəzifəsində olduğu müddətdə iki dəfə sui-qəsd cəhdi həyata keçirilib.

"Report" xəbər verir ki, bu barədə ukraynalı jurnalist Sergey Bosak "Facebook" səhifəsində bildirib.

O, Ukraynanın Təhlükəsizlik Xidmətinə (UTX) ünvanladığı sorğunun cavabını paylaşıb. UTX-nin cavab məktubunda Xidmətin istintaq orqanlarının Poroşenkonun həyatına qəsd ilə bağlı iki cinayət işinin icraatını apardığı vurğulanıb.

Qeyd edək ki, keçən həftə UTX-dən prezidentin Xarkov vilayətinə səfəri zamanı sui-qəsd planlaşdırılması barədə bildirilmişdi. Dövlət başçısına qarşı sui-qəsd cəhdi barədə telefonda mexaniki qadın səsi xəbərdarlıq edib. Xüsusi xidmət orqanlarının əməkdaşları anonimin yerini müəyyənləşdirə bilməyib.