XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

01 Sentyabr 2017 - 09:46

Ərdoğan Makrona sərt cavab verdi:“Türkiyə prezidenti ilə görüşmək və danışmaq onlar üçün dəyərdir”  

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda evinin yaxınlığındakı camidə bayram namazı qıldıqdan sonra jurnalistlərin suallarını cavablandırıb.

“Hürriyet”in verdiyi məlumata görə, R. T. Ərdoğan islam dünyasının bayrama kədərli daxil olduğunu söyləyib: “Bir tərəfdə Suriya və İraqdakı silahlı toqquşmalar, digər tərəfdə Arakanda baş verənlər, ölkəmizdə terrora qarşı mübarizəmiz, bunların hamısı istər-istəməz bayramı nayram kimi qarşılamağımıza mane olur”.   

R. T. Ərdoğan Fransa prezidenti Emmanuel Makronun sözlərinə də münasibət bildirib. Xatırladaq ki, E. Makron “Le Point” jurnalına müsahibəsində dünya lideri olmağın çətinliklərindən danışarkən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla tez-tez telefonla danışmaq məcburiyyətini buna misal göstərib. “Doğrusu, onun nə demək istədiyini çözmək nöqtəsində deyiləm. Onu hörmətli Makrondan öyrənmək lazımdır. Bildiyim tək şey var: danışmaq tələbi onlardan gəlir və mən bu tələbi rədd etmək istəmərəm. Çünki dostları çoxaltmaq və bizə neqativ nəzərlə baxanları azaltmaq istəyirəm. Mən o jurnalda deyilənləri mənfi qiymətləndirmirəm, tam əksinə, Türkiyənin prezidenti ilə görüşməyin, danışmağın onlar üçün əlavə dəyər olduğunu düşünürəm”.