Türkiyənin Bingöl bölgəsində təhlükəsizlik qüvvələri PKK terrorçularına qarşı əməliyyat keçiriblər.
Anadolu Agentliyi xəbər verir ki, silahlı qarşıdurma nəticəsində təhlükəsizlik qüvvələrinin bir üzvü şəhid olub, bir hərbçi isə yaralanıb. Yaralı hərbçi helikopterlə Bingöl Dövlət Xəstəxanasına yerləşdirilib.
Bölgədə əməliyyat davam etdirilir.