İndoneziyada göyərtəsində 122 sərnişin olan gəmi batıb.
Strateq.az xəbər verir ki, bu barədə «Reuters» agentliyi məlumat yayıb. Məlumata görə, gəmi körfəz yolu ilə Sulavesi adasındakı Kotolaki şəhərindən Sivuya şəhərinə yollanırmış.
Gəmidəki 122 nəfərdən 19-u uşaqdır. Hələlik onların taleyi barədə heç bir məlumat verilmir.
Yalnız o məlumdur ki, dənizdəki güclü dalğalar xilasetmə işlərinə imkan vermir. Qəzanın səbəbi məlum deyil.