Ölkə tarixində ilk dəfə olaraq Keniyanın Ali Məhkəməsi bir qədər əvvəl keçirilən prezident seçkilərinin nəticələrini ləğv edib.
"Report"un ВВС-yə istinadən verdiyi xəbərə görə, məhkəmə seçki prosesi zamanı yol verilmiş pozuntuları nəzərə alaraq, 60 gün ərzində yeni seçkilərin keçirilməli olduğunu bildirib.
Ötən ay Seçki Komissiyası seçiləcəyi təqdirdə ikinci müddətə ölkəyə rəhbərlik edəcək Uxuru Keniatı qalib elan etmişdi.
Müxalifətin namizədi Raila Odinqa bildirib ki, seçkinin nəticələrinə təsir göstərmək üçün Seçki Komissiyasının internet sistemi dağıdılıb.