ABŞ prezidenti Donald Tramp "Harvi" qasırğasının fəsadlarının aradan qaldırılması üçün konqresdən ilkin olaraq 7,85 milyard dollarıq maliyyələşdirilmə istəyib.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Reyter agentliyi xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidməti məlumat verib.
Qeyd edək ki, "Harvi" ABŞ ərazisində son 12 ildə ən dağıdıcı qasırğa olub.