Yaponiya Milli Torpaqlar, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyi 2020-ci ilədək ölkənin əsas aeroportlarında antiterror tədbirlərini gücləndirmək qərarına gəlib.
Nazirlik 2018-ci ilin aprelində başlayacaq növbəti maliyyə ilində sınaq məqsədilə aeroport terminallarının girişində partlayıcı vasitələri aşkar edən detektorlu qapıların yerləşdirilməsini həyata keçirəcək. Bununla yanaşı, baqajların yoxlanması üçün də portativ detektorlardan istifadə olunacaq.
Həmin detektorların səmərəliliyi təsdiq edildikdən sonra 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya və Paralimpiya Oyunları ərəfəsində nazirlik “Haneda” aeroportunu və digər beynəlxalq aeroportları bu avadanlıqla təchiz edəcək(azərtac).