XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

02 Sentyabr 2017 - 11:42

Rusiya Türkiyəni elektrobuslarla təmin edəcək- FOTO

Rusiya Türkiyəni elektrobuslarla təmin edəcək.

Trend-in məlumatına görə, Türkiyə ilə Rusiya arasında əldə olunmuş razılaşma çərçivəsində Rusiyanın “Drive Electro” şirkəti tərəfindən xüsusi olaraq Türkiyənin “Otokar” avtomobil istehsalçısı üçün hazırlanmış birinci elektrobus Türkiyəyə göndərilib.

“Drive Electro” və “Otokar” arasında razılaşma 2016-cı ilin dekabrında imzalanıb və 2017-ci ilin avqust ayında elektrobusun ilk nümunəsi Türkiyəyə göndərilib.

Uzunluğu 12 metr olan elektrobus şəhər avtobusudır. Avtobusun LTO batareyasının enerji ehtiyatı 40-50 km aralığında məsafəni qət etməyə kifayət edir. Batareyanın doldurulması marşrutların son dayanacaqlarında 6-10 dəqiqə müddətində həyata keçirilir ki, bu da əvvəlki nəsil batareyaların doldurulması üçün sərf olunan vaxtdan orta hesabla 20 dəfə azdır.