XƏBƏR LENTİ

10 Avqust 2020

Digər Xəbərlər

02 Sentyabr 2017 - 13:43

Sentyabr ABŞ-da alkoqolizmə qarşı mübarizə ayı elan edilib- Trampdan yeni qərar

ABŞ Prezidenti Donald Tramp sentyabrı ölkədə alkoqolizmə və narkomaniyaya qarşı ümummilli mübarizə ayı elan edib. Bu məlumat Ağ Evin açıqladığı Prezident proklamasiyasında yer alıb.

Azərtac TASS-a istinadla xəbər verir ki, sənəddə Tramp alkoqol və narkotik asılılıqdan əziyyət çəkən milyonlarla amerikalıya dəstəyini ifadə edib və bu ağır xəstəliyə qarşı mübarizədə ABŞ hökumət orqanlarının hazır olduğunu bildirib.

Trampın sözlərinə görə, bu gün ABŞ-da 20 milyondan çox insan alkoqoldan və narkotikanın müxtəlif növlərindən, o cümlədən ölkədə ən böyük problem olan opioid dərmanlardan sui-istifadə edir. Proklamasiyada deyilir ki, indiki administrasiya bunlara qarşı mübarizə üçün yarım milyarddan çox dollar ayırıb. Bu pullar alkoqolizm və narkomaniyanın profilaktikasının gücləndirilməsinə, habelə ölkənin hər yerində reabilitasiya mərkəzləri şəbəkəsinin yaradılmasına yönəldilib.