XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

02 Sentyabr 2017 - 14:28

İraqda elektrik stansiyasına terror hücumu- 6 ölü

İraqın Səlahəddin vilayətində terror hücumu baş verib.

Trend-in məlumatına görə, elektrik stansiyasına edilən hücum nəticəsində stansiyanın 6 əməkdaşı ölüb.

İraqın elektroenergetika nazirliyinin açıqlamasında bildirilir ki, stansiyaya hücum edən 4 terrorçu-kamikadzedən ibarət qrupun bir üzvünü zərərsizləşdirmək mümkün olub. Digər 3 kamikadze isə partlayıcıları işə salıblar. Hazırda vəziyyətin nəzarət altında olduğu deyilir.

BMT-nin hesablamasına görə, İraqda təkcə avqust ayında 125 dinc sakin terrorun qurbanı olub, 188 nəfər xəsarət alıb.