XƏBƏR LENTİ

11 Avqust 2020

Digər Xəbərlər

02 Sentyabr 2017 - 14:37

Rusiyada aviaşou zamanı təyyarə qəzaya uğrayıb- İki pilot həlak olub

Moskva vilayətindəki Balaşixa şəhərində aviaşou zamanı “An-2” təyyarəsi qəzaya uğrayıb. Nəticədə hər iki pilot həlak olub.

Azərtac TASS-a istinadla xəbər verir ki, qəza təyyarə nümunəvi uçuş yerinə yetirərkən pilotun idarəetməni itirməsi nəticəsində baş verib.

Hadisə ilə bağlı araşdırma aparılır.