XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 December 2015 - 20:39

Putin: «Tragikomediyadır»

 

 

 

 

 

Rusiya prezidenti Vladimir Putin Ukraynada Daxili İşlər naziri Arsen Avakovla Odessa qubernatoru Mixail Saakaşvili arasında yaşanmış insidentə münasibət bildirib.

Strateq.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Putin Vladimir Solovyevin «Rosiya 1» telekanalında yayımlanan sənədli filmindəki müsahibəsində tərəflərin mübahisəsini tragikomediya adlandırıb: «Bir-birilərini rus dilində söymələri çox yaxşıdır. Yaxşı ki, gürcü və ya osetin dilində söyməyiblər. Amma yenə də gülməlidir, hətta tragikomediyadır».