XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 September 2017 - 15:32

9 milyon il əvvələ aid heyvan qalıqları aşkarlanıb- Türkiyədə

Türkiyənin Kapadokya bölgəsində yaşayış sahəsi üçün başladılan qazıntı zamanı 9 milyon il əvvələ aid heyvan qalıqları aşkarlanıb.

Azərtac Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, ərazidə Qazi və Van Yüzüncü İl Universitetinin tədqiqatçıları tərəfindən araşdırma aparılır. Bölgədə təxminən bir aydır aparılan tədqiqat nəticəsində üçdırnaqlı at, donuz, qoyun, keçi, zürafə, öküz, kərgədan, fil kimi bir çox böyük və kiçik heyvanların sümükləri aşkar edilib.