Ukraynada polis tərəfindən saxlanılan Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin qardaşı David Saakaşvili azadlığa buraxılıb.
Trend-in məlumatına görə, bu barədə Ukrayna Ali Radasının deputatı Yuri Derevyanko deyib.
Onun sözlərinə görə, polis və miqrasiya xidməti David Saakaşvilini cəriməni ödəməsi və müəyyən olunmuş vaxtda ölkəni tərk etməsi şərti ilə azadlığa buraxıb: "Əks halda lazımi tədbirlər görüləcək".
Qeyd edək ki, David Saakaşvili ölkədə qalma rejimini pozduğuna görə səhər saatlarında evinin yaxınlığında saxlanılmışdı.