XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 September 2017 - 18:44

Avropa Parlamenti yardım ayıracaq- İtaliyaya

Avropa Parlamentinin deputatları son iki il ərzində zəlzələlərdən əziyyət çəkən İtaliyaya 1,2 milyard avro vəsait ayrılmasını təklif ediblər. Qurumun Büdcə Komitəsi təklifi təqdir edib.

Azərtac yerli KİV-ə istinadla xəbər verir ki, ayrılacaq məbləğ ölkənin Umbriya, Latsio, Marke və Abruzzo regionlarında zəlzələlərdən ciddi ziyan çəkən insanlara yardım və bərpa işlərinə sərf olunacaq.

Qeyd edək ki, 2016-cı ilin avqust, 2017-ci ilin yanvar aylarında baş vermiş güclü zəlzələlər İtaliyada 333 nəfərin həyatına son qoyub, infrastruktura ciddi ziyan dəyib.