Qazaxlar isə 2010-cu ildən Atalıdır
Bir qrup tacik alimi prezident İmaməli Rəhmana “millətin lideri” fəxri adının verilməsini təklif edib.
Strateq.az tacik mətbuatına əsasən bildirir ki, Rəhmanın liderlik etdiyi Xalq Demokratik Partiyasının rəsmi saytında dərc edilmiş həmin müraciətdə prezidentin Tacikistan qarşısında xidmətləri sadalanır.
Açıq məktub müəlliflərinin fikrincə, prezident öz xidmətləri ilə millətin lideri olmağa layiqdir və bu ad həm də millətin və ölkənin birliyini təmin edəcək.
Rəhmanın bu təşəbbüsə reaksiyası məlum deyil.
İmaməli Rəhman 1990-cı illərin əvvəlindən Tacikistanın rəhbəridir.
Qeyd edək ki, Qazaxıstan lideri Nazarbayev hələ 2010-cu ildə “millətin lideri” elan olunub. Bu o deməkdir ki, Nazarbayev və onun yaxın qohumları mümkün cinayət-axtarış təqibindən azaddırlar.