XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 September 2017 - 20:28

Los-Anceles sakinləri təxliyə edilir- Meşə yanğınlarına görə

Los-Ancelesin şimal-qərb hissəsində yaşayan yüzlərlə sakin meşə yanğınlarına görə evlərini tərk edirlər.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Yanğınsöndürmə Xidməti məlumat yayıb. 

Məlumata görə, Los-Anceles rəsmiləri 200 evin sakinlərinin təxliyyə edilməsinə göstəriş verib. Meşə yanğınları artıq şəhər ətrafında səkkiz kvadrat kilometrdən çox ərazini əhatə edir. Yanğına görə "210 Freeway" şosesi bağlanıb.

Bildirilib ki, ərazidə güclü külək əsir. Ona görə də yanğın yayılması ehtimalı yüksəkdir. Bunu nəzərə alan səlahiyyətli şəxslər yanğının yaşayış məntəqlərinə bilavasitə yaxınlaşmasını gözləmədən sakinləri təhlükəli bölgələrdən çıxarmaq haqqında qərar verib.