XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

02 Sentyabr 2017 - 21:55

Klintonun memuarlarının təqdimatına biletlərinqiyməti açıqlanıb

ABŞ-ın sabiq dövlət katibi Hillari Klintonun memuarlarının çapdan çıxmasına həsr olunmuş tədbirdə iştirak üçün satılan biletlərin qiyməti açıqlanıb.

"Report" xəbər verir ki, "New York Post" nəşrinin yazdığına görə, Monreal şəhərində keçiriləcək tədbirə giriş üçün bir biletin qiyməti 2,375 min dollardır.

Bilet almış şəxs özü ilə daha bir nəfər gətirə, həmçinin ön sıralarda otura, Klinton ilə söhbət edə və şəkil çəkdirmək imkanı qazana bilər.

Klinton təqdimat turu çərçivəsində Kanadanın Toronto, Monreal və Vankuver şəhərlərində tədbir keçirəcək. Onun memuarlardan ibarət kitabının adı "Nə olub"dur.