XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

20 Dekabr 2015 - 09:13

Rusiya “kürd kartı”nı işə salır – Dəmirtaş Moskvaya gedir

PKK terror təşkilatına yaxın olan Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaş Moskvaya səfər edəcək.

S.Dəmirtaş bildirib ki, səfərin məqsədi partiyasının Rusiya təmsilçiliyinin açılmasıdır.  

O, səfər çərçivəsində Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla görüşəcəyini də deyib.

“Biz güclüyük və bu gücümüzdən istifadə etmək istəyirik. Səfər zamanı Lavrovla görüşəcəyik, Moskvada təmsilçiliyimizi açacağıq”, – deyə S.Dəmirtaş bildirib. 

Səfər dekabrın 23-nə nəzərdə tutulur. 

Qeyd edək ki, hazırda Türkiyə ilə Rusiya arasında gərginlik hökm sürür, iki ölkə arasında bir çox sahədə əməkdaşlıq dayandırılıb.

APA