XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

03 Sentyabr 2017 - 09:57

Gürcüstanda NATO hərbçilərinin iştirakı ilə təlimlər başlayır –Bu gün

 

Gürcüstanda 3-11 sentyabr tarixlərində NATO hərbçilərinin iştirakı ilə “Agile Spirit 2017” hərbi təlimlər başlayır.

APA-nın xəbərinə görə, bu barədə Gürcüstan Müdafiə Nazirliyinin məlumatına bildirilir. Təlimlər komanda-qərargah və səhra manevrlərinin keçirilməsini nəzərdə tutur.  Bu gün saat 12.00-da Axaltsixe rayonunda yerləşən “Orfolo” poliqonunda “Agile Spirit 2017” hərbi təlimlərinin rəsmi açılış mərasimi keçiriləcək. Tədbirdə ölkə prezidenti Georgi Marqvelaşvili və müdafiə naziri Levan İsoriya iştirak edəcək. ABŞ-ın dəniz piyadalarının da qatıldığı “Agile Spirit” təlimləri yeddinci dəfə keçirilir.

Təlimlərin məqsədi gürcü hərbçilərin ABŞ və digər tərəfdaş ölkələrin hərbçiləri ilə qarşılıqlı fəaliyyəti yaxşılaşdırmaq, böhran hallara reaksiya verməyə hazır olmaq və NATO-nun çevik qüvvələrinin tərkibində birgə əməliyyatlarda iştirak etməkdir. 
Qeyd edək ki, bu ilki təlimlərdə NATO üzvü və tərəfdaşı olan ölkələr – Gürcüstan, ABŞ, Bolqarıstan, Latviya, Rumıniya, Ukrayna və Ermənistan hərbçiləri iştirak edəcək. Qeyd edək ki, artıq 500 amerikalı hərbçi artıq Gürcüstanda səfərdədir.