XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 September 2017 - 16:55

Almaniyanın kansleri:“Rusiya olmadan Avropada sülhü qoruyub saxlamaq mümkün deyil”

 

Rusiyanın iştirakı olmadan Avropada sülhü qoruyub saxlamaq mümkün deyil.

AZƏRTAC xəbər verir ki, bunu Almaniyanın Kansleri Angela Merkel deyib. O, internetdə yerləşdirilən videomüraciətində bildirib ki, biz Avropada sülhə yalnız Rusiya ilə birlikdə nail ola bilərik.

Almaniya Kansleri vurğulayıb ki, NATO ilə Rusiya arasında qarşılıqlı münasibətlərin Əsas Aktının müddəalarının pozulmasına heç vaxt tərəfdar olmayıb. Avropanın təhlükəsizlik və müdafiə siyasəti nöqteyi-nəzərindən Rusiya ilə yaxşı əlaqələrin bərpası üçün ciddi səy göstərilməlidir.

“Buna nail olan zaman danışıqların miqyasını və intensivliyini bərpa etmək üçün başlanğıc nöqtəmiz olacaq”, – deyə Kansler əminliklə bildirib.