XƏBƏR LENTİ

16 Avqust 2020
15 Avqust 2020

Digər Xəbərlər

03 Sentyabr 2017 - 21:26

Putin Şimali Koreya lideri ilə telefonla danışmağı planlaşdırmır –Peskov

Rusiya prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen Inla telefonla danışıqlar aparmağı planlaşdırmır.

Modern.az saytının məlumatına görə, bunu Rusiya prezidentin mətbuat katibi Dmitri Peskov bildirib: Belə bir telefon danışığının aparılması planda yoxdur – Peskov deyib.

Xatırladaq ki, Şimali Koreya hidrogen döyüş başlığını sınaqdan keçirib ki, bu da beynəlxalq ictimaiyyəti ciddi narahat edib. Ümumiyyətlə Şimali Koreyanın son zamanlar qitələrarası ballistik raketləri sınaqdan keçirməsi Qərbi, əsasən da ABŞ-ı ciddi narahat edib. Bu azmış kimi, Şimali Koreya ABŞ-ın Guam adasını vuracağını bəyan edib.

Şimali Koreya lideri Kim Çen In Yaponiyanın hava məkanını pozaraq Sakit okeana atdıqları nüvə başlıqlı raket sınağını ABŞ-ın Guam adasını vurmağa hazırlıq kimi dəyərləndirib.

Bir neçə gün öncə Şimali Koreya ordusu Yaponiya üzərindən Sakit okeana nüvə başlıqlı raket sınağını həyata keçirmişdi. Sınaq ABŞ başda olmaqla bütün dünyada, o cümlədən Pxenyan ilə yaxın əlaqələri olan Rusiya və Çində də böyük narahatlığa və etiraza səbəb olmuşdu.