XƏBƏR LENTİ

22 Sentyabr 2020

Digər Xəbərlər

20 Dekabr 2015 - 14:28

“Əgər Putin belə narahatdırsa…” – Saakaşvili

“Rusiya Prezidenti Vladimir Putin mənim bu ölkədə işləməyimi Ukrayna xalqının üzünə tüpürmək olaraq dəyərləndirdi”.

Bu sözləri Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili Rusiya Federasiyası Prezidenti Vladimir Putin haqda yazıb.

Saakaşvili öz feysbuk hesabında Vladimir Putinin nazir Avakovla onun arasında yaşanan konflikti tragikomediya adlandırmasına daha sonra belə şərh verib:

“ötən gün Putin mənim burada çalışmağımı Ukrayna xalqının üzünə tüpürmək kimi qiymətləndirdi. Daha sonra isə ABŞ-ın mənə əmək vizası vermədiyi haqda yanlış iddia ilə çıxış etdi. Ukrayna Prezidenti Pyotr Poroşenkonun dediyi kimi – əgər Putin belə narahatdırsa, deməli, biz doğru yoldayıq”.

Axar.az