“Əl-Qaidə”: “Husilərin lideri və keçmiş dövlət başçısı Əli Abdulla Saleh “şərin iki başı”dır”
“Əl-Qaidə Ərəbistan yarımadasında” terror təşkilatı (ƏQƏY) husilərin liderini və Yəmənin keçmiş prezidentini öldürən və yaxud diri tutan şəxsə 20 kiloqram qızıl verəcək.
Strateq.az CNN-ə isnadən bildirir ki, qruplaşmanın press-relizində yayılmış məlumatda husi lider Əbdülmalik Bədrudin əl-Huti və keçmiş dövlət başçısı Əli Abdulla Saleh “şərin iki başı” kimi qiymətlənirilib.
BMT-nin məlumatına görə, indiyədək Yəməndə gedən döyüşlərdə 600-dək insan həlak olub.