XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 September 2017 - 09:25

Ermənistan NATO-nun Gürcüstandakı təlimlərində iştirakdan imtina edib


Ermənistan ötən gün Gürcüstanda start götürən  çoxmillətli "Agile Spirit 2017" ("Çevik ruh – 2017") çoxmillətli hərbi təlimlərdə iştirakdan imtina edib.

TASS agentliyinin verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin nümayəndələri tədbirin açılış mərasiminə qatılmayıblar. Ermənistan Müdafiə nazirliyinin mətbuat katibi Artsrun Ohanesyan  məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Qeyd edək ki, sentyabrın 11-dək davam edəcək təlimlərdə Gürcüstan, ABŞ, Bolqarıstan, Latviya, Rumıniya, Ukrayna və Azərbaycan hərbçiləri iştirak edəcək. Təlimlərin keçirilməsində məqsəd ABŞ qüvvələri ilə NATO-nun üzv və tərəfdaş ölkələrinin hərbçiləri arasında qarşılıqlı əlaqənin inkişaf etdirilməsi, müdafiə və hücum əməliyyatları üzrə biliklərin artırılması və regionda təhlükəsizliyin təmin olunmasıdır. "Agile Spirit 2017" təlimləri Gürcüstanda 2011-ci ildən etibarən keçirilir. (APA)