XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

20 Dekabr 2015 - 16:11

459 sərnişinin olduğu Fransa təyyarəsindən bomba tapıldı (FOTO)

«Air France» şirkətinə məxsus təyyarənin tualetindən bomba tapılıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, təyyarənin göyərtəsində 459 sərnişin olub. Sərnişinlər və 14 ekipaj üzvü dərhal təxliyyə olunub. 

«The Independent»in məlumatına görə, «Boeing 777» Mavrikiyadan Parisə uçurmuş. Bomba həyəcanına görə təyyarə Keniyanın Mombasa şəhərinə təcili eniş edib. 

Təyyarədəki sərnişinlərdən ikisi şübhəli şəxs kimi saxlanılıb. Qalan sərnişinlər Keniya aeroportuna yaxın mehmanxanaya yerləşdirilib. 

«Air France» Mombasaya sərnişinləri Parisə aparması üçün başqa təyyarə göndərib. 

Xatırladaq ki, oktyabrın 31-də Misirin Şarm əl-Şeyx şəhərindən Sankt-Peterburqa uçan təyyarə havada partlamış və nəticədə 224 sərnişin həyatını itirmişdi.