XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 September 2017 - 12:00

Myanma BMT-nin müsəlmanlar üçün göndərdiyi yardımdan imtina edib –Ərzaq və dərman gətirməsinə icazə vermir

Myanma hökuməti BMT-nin ölkənin şimalındakı Rohingya ştatında yaşayan müsəlman əhaliyə yardım göstərməsindən imtina edib.  

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, Myanma BMT qurumlarına ərzaq, su və dərman preparatları gətirməsinə icazə vermir.  BMT-nin Myanmadakı rezident-əlaqələndiricisinin ofisindən bildirilib ki, hökumətin tətbiq etdiyi məhdudiyyətlər və təhlükəsizlik məsələləri ilə əlaqədar yardımlar dayandırılıb: "BMT yerli hakimiyyətlə daimi əlaqədədir və humanitar yardımların mümkün qədər tez çatdırılmasına cəhd göstərir".

Myanma hökuməti Rohingyadan fərqli olaraq digər ştatlara yardıma icazə verir. Qeyd edək ki, YUNİCEF, BMT Fondu və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı bir həftədən çoxdur ölkənin şimal ştatlarında fəaliyyət göstərə bilmirlər.