XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

04 Sentyabr 2017 - 17:49

İndoneziya XİN-in başçısı böhranı müzakirə etmək üçün Myanmaya gəlib

İndoneziyanın xarici işlər naziri Retno Marsudi Raxin əyalətində baş verən böhranı müzakirə etmək üçün bazar ertəsi günü Myanmada ölkənin hərbi komandiri və milli təhlükəsizlik məsləhətçisi ilə görüşlər keçirəcək.

Yüzlərlə etirazçı Cakartada yerləşən Myanma səfirliyinin qarşısında aksiya edərək İndoneziya hökümətindən qaçqınları qəbul etməsini tələb edib.

İndoneziyanın prezidenti Coko Vidodo bildirib ki, o və onun xalqı Myanmada baş verənlərə görə böyük təəssüf hissi keçirir və buna görə də sadəcə tənqid etmək yox, hərəkətə keçmək vacibdir. Bu məqsədlə o, yerli qeyri-hökümət təşkilatlarını və beynəlxalq ictimaiyyəti hökümətlə birlikdə işləməyə çağırıb.

Vidodonun sözlərinə görə, o xarici işlər nazirindən Myanma höküməti və beynəlxalq rəsmilərlə Raxində baş verən böhranı müzakirə etməsini istəyib.

BMT-nin qaçqınlar üzrə agentliyinin məlumatına əsasən, ötən ay Raxində baş verən şiddət səbəbindən 87 000 Rohinca müsəlmanı Banqladeşə qaçmağa məcbur olub. Bu səbəbdən də agentlik ehtiyac olunan tibbi yardım ləvazimatlarını çatdırmaqda çətinlik çəkir.(Amerikanın Səsi)