XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

04 Sentyabr 2017 - 21:13

Almaniyada ikinci dünya müharibəsindən qalan nəhəng bomba zərərsizləşdirilib

Almaniyalı bomba ekspertləri, bazar günü Frankfurtda ikinci dünya müharibəsindən qalan nəhəng bombanı zərərsizləşdirməyə müvəffəq olublar.

Zərərsizləşdirmə işləri ölkənin maliyyə paytaxtında 65,000 nəfərin təxliyəsindən sonra həyata keçirilib. Yüksək gücə malik olan bomba İkinci Dünya Müharibəsinin son illərində Britaniya Hava Qüvvələri tərəfindən atılan minlərlə bombalardan biri idi. Ekspertlərin dediyinə görə, həmin dövr Britaniya bombalarının zərərsizləşdirilməsi xüsusilə çətin və təhlükəlidir.

1.4 tonluq bomba keçən həftə tikinti sahələrinin birində tapılıb. İstilik axtarışı cihazları ilə təchiz olunmuş helikopterlər ekspertlərin işə başlamasından öncə ərazini araşdırıb.

Polis bazar günü bombanın yerləşdiyi ərazidən 1.5 km radiusluq məsafəni mühasirəyə alıb. Bu, İkinci Dünya Müharibəsindən sonra Almaniya tarixində keçirilmiş ən geniş miqyaslı təxliyə işləri idi.

Ekspertlər xəbərdaqlıq etmişdilər ki, bomba partalayacağı halda şəhərin qərb hissəsində geniş zərər vura bilər.