XƏBƏR LENTİ

11 Avqust 2020

Digər Xəbərlər

04 Sentyabr 2017 - 22:00

Kambocanın müxalifət lideri həbs edilib –Xarici qüvvələrdən yardım almaqda ittiham olunur

Kamboca müxalifət lideri Kem Soka bazar günü casusluq ittihamı ilə həbs edilib.

Hökumətin bəyanatına görə o xarici qüvvələrdən yardım alaraq ölkəyə zərər yetirməkdə təqsirləndirilir. Sokanın qızı Kem Monovitya “Kem Soka və təxminən 100-200 polis zabiti order olmadan onun evinə reyd keçirərək bütün cangüdənlərini həbs edib. Biz onların hara aparıldıqlarından xəbərsizik” – deyə tviterdə yazıb. Kamboca hökuməti bildirib ki, Kamboca Milli Xilasetmə Partiyasının lideri Soka Avstraliyanın Melburn şəhərində qərərgahlanan fərdi Kamboca Yayım Şəbəkəsində yayımlanan videoda səsləndirdiyi şərhlərinə görə casusluq ittihamı ilə həbs edilib.

Bəyanatda deyilir ki, o “in flagrante delicto” yəni, səhv məlumat verməkdə təqsirləndirilir. Bu isə rəsmilərə onun parlament üzvü kimi toxunulmazlığı olmasından asılı olmayaraq həbsinə imkan verir.

Sokanın məhkum edildiyi casusluq ittihamı 15 ildən 30 ilədək həbslə nəticələnə bilər. (Amerikanın Səsi)