XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 September 2017 - 00:02

Suriyada iki Rusiya əsgəri həlak olub

Suriyada İŞİD silahlılarının avtomobil konvoyunu atəşə tutması nəticəsində iki Rusiya hərbçisi həlak olub.  

“İnterfaks” agentliyinin verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə nazirliyindən bildirilib.

Məlumata əsasən, insident Deyr-ez-Zor əyalətində qeydə alınıb. Hərbçilərdən biri hadisə yerində ölüb, digəri isə xəstəxanaya çatdırıldıqdan sonra keçinib.