XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 September 2017 - 12:10

“Harvi” qasırğasının vurduğu zərər böyüyür- 180 milyard dollara çata bilər

Texas ştatının qubernatoru Qreq Ebbott bazar günü bildirib ki, “Harvi” qasırğasının vurduğu zərərin həcmi 150 milyard dollardan 180 milyard dollara qədər ola bilər. Onun sözlərinə görə, “Katrina” və ya “Sendi” epik qasırğalarından “daha baha başa gələn” “Harvi” Texasın son 50 illik tarixində ən güclü qasırğa hesab edilir.

Avqustun 25-də Texas ştatının sahil zonasında başlanmış qasırğa və bunun ardınca baş vermiş faciəli daşqın nəticəsində təxminən 47 nəfər həlak olub, 1 milyondan çox insan öz evlərini tərk etməyə məcbur olub. Qasırğanın 480 kilometrlik yolu boyunca 200 mindən çox ev dağılıb.

Qubernator Ebbott ABŞ hökumətini Texasa maliyyə yardımı göstərməyə çağıraraq deyib ki, “Harvi”dən dəyən zərər 2005-ci ildə Yeni Orlean şəhərini və ətraf rayonları dağıtmış “Katrina", həmçinin 2012-ci ildə Nyu-York ştatına və ABŞ-ın şimal-şərq bölgəsinə ciddi ziyan vurmuş “Sendi”dən dəymiş zərərdən daha çoxdur(azərtac).