XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 September 2017 - 13:36

Rusiya daha 155 amerikalı diplomatıölkəsinə göndərə bilər

Rusiya ölkədəki ABŞ diplomatik missiyasının daha 155 üzvünü geri göndərə bilər.  
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin BRİKS sammitinin yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib. 
 
Putin qeyd edib ki, Rusiyanın buna haqqı çatır, lakin hələlik bunu etməyəcək: "Ciddi danışsaq, əgər tam paritetdən söhbət gedirsə, o zaman Moskvada 455 nəfər, daha 155 nəfər az ABŞ diplomatı qalmalıdır. Çünki bizim ABŞ-dakı diplomatik nümayəndəliklərimizdə olan diplomatların sayı BMT-dəki daimi nümayəndəlikdə çalışanlarla birlikdə 455 nəfərdir. BMT-dəki diplomatlarımız isə Rusiya-ABŞ münasibətləri ilə məşğul olmurlar".