XƏBƏR LENTİ

02 Oktyabr 2020
01 Oktyabr 2020

Digər Xəbərlər

21 Dekabr 2015 - 06:32

Kadırovu cərimələdilər

çeçenistan Prezidenti Ramzan Kadırov təhlükəsizlik kəməri olmadan avtomobil idarə etdiyi üçün cərimələnib.

“Trend”-in verdiyi məlumata əsasən, dünən Kadırov ailəsi ilə birlikdə avtomobildə çəkilən videonu “İnstagram” sosial şəbəkəsi vasitəsilə yayıb.

İstifadəçilər videoya şərh yazaraq bildirdilər ki, nə Kadırov, nə də onun ailə üzvləri təhlükəsizlik kəmərindən istifadə etməyiblər.

Daha sonra Kadırov yazdı ki, Yol Hərəkətinin Təhlükəsizliyinin Dövlət Yoxlamasının İdarə rəisi operativ reaksiya verdi. “Protokolu təşkil etdilər, cəriməni yazdılar. Mən bazar ertəsi onu mütləq ödəyəcəyəm”.