XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 September 2017 - 17:28

Suriya ordusu Deyr-Ez-Zorun mühasirəsini yarıb- 3 ildən sonra

Suriya ordusu və müttəffiq qüvvələr Suriyanın Deyr-Ez-Zor yaşayış məntəqəsində terror qruplaşmanın 3 illik mühasirəni yarmağa nail olub.
 
APA-nın “RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, Deyr-ez-Zorun cənub-qərb istiqamətində mühasirəni yaran Suriya əsgərləri və "Hizbullah"çılar şəhərin müdafiəçiləri ilə görüşə biliblər. Hələlik mühasirənin tam aradan qalxmadığı, lakin bunun yaxın günlərdə baş verəcəyi bildirilir. Hazırda şəhərin cənub hissəsindən 35-40 km aralıda şiddətli döyüşlər gedir. Rusiya aviasiyası əməliyyata havadan dəstək verir.
 
Qeyd edək ki, mühasrə 3 ildən çoxdur davam edir. Bu gün səhər saatlarında Rusiyanın Aralıq dənizində döyüş tapşırığı yerinə yetirən Qara dəniz donanmasının "Admiral Essen" hərbi gəmisindən İŞİD-in Deyr-Ez-Zordakı obyektlərinə "Kalibr" qanadlı raketləri ilə zərbə endirilib.