XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

05 Sentyabr 2017 - 20:55

Ərdoğanın mətbuat katibi:"Türkiyə Myanma müsəlmanlarına yardım göndərən ilk ölkə olacaq"

Türkiyə Myanmanı tərk edən rohinca müsəlmanlarına humanitar yardım göndərən ilk ölkə olacaq.

Trend-in məlumatına görə, bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

Onun sözlərinə görə, Türkiyə Myanmaya 100 tona yaxın ərzaq və geyim məhsulları yollayacaq.

Bir müddət əvvəl prezident Rəcəb Tayyib Ərdoğan da Myanma müsəlmanlarına yardım ediləcəyini bildirmişdi.

Qeyd edək ki, avqustun 25-dən Arakan vilayətində Myanma hərbçilərinin "təhlükəsizlik əməliyyatı" adı altında 2 mindən çox müsəlman qətlə yetirilib, 100 mindən çoxu isə evlərini tərk etməyə məcbur olub.