XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

06 Sentyabr 2017 - 09:30

Parisdə Fransanın sabiq dövlət katibi döyülüb –Başı yarılıb

Parisdə naməlum şəxslər Fransanın sabiq dövlət katibi və Eson departamentini təmsil edən senator Jan Vinsen Plaseyə hücum ediblər.

“RİA Novosti”nin  verdiyi xəbərə görə, hücumun qarət məqsədi ilə törədildiyi ehtimal edilir.  Jan Vinsen Plase keçmiş prezident Fransua Ollandın administrasiyasında dövlət islahatlaşdırılması məsələləri üzrə dövlət katibi vəzifəsində çalışıb.  

 İnsident sentyabrın 3-nə keçən gecə baş verib. Cinayətkarlar sabiq məmurdan 7 min avro dəyərində saatını əlindən almağa çalışarkən onun baş nahiyəsinə xəsarət yetiriblər.  

 Hələlik insidentlə əlaqədar saxlanılan yoxdur.  (APA)