XƏBƏR LENTİ

11 Avqust 2020

Digər Xəbərlər

06 Sentyabr 2017 - 10:09

BMT-nin baş katibindən xəbərdarlıq:“Bu yolun nəticələri dəhşətli olacaq”

BMT-nin baş katibi bildirib ki, Şimali Koreyanın nüvə proqramı dünya üçün ən böyük təhlükədir.

O xəbərdarlıq edib ki, qarşıdurma tonunda ritorika gözlənilməyən nəticələrə gətirib çıxara bilər. BMT-nin baş qərargahında danışan Antonio Quterreş deyib ki, problem siyasi yolla həll olunmalıdır. “Hərbi yolun mümkün nəticələri olduqca dəhşətlidir”, – o bildirib. BMT baş katibi əlavə edib ki, “danışıqlar tərəflərin istəklərindən asılı olacaq”.

Şimali Koreya iki gün əvvəl sonuncu nüvə sınağını keçirdiyini bildirərək, özünü “qitələrarası ballistik raketlər, eləcə də atom və hidrogon bombalarına malik tam nüvə qabiliyyətli ölkə” elan edib.

ABŞ prezidenti Donald Tramp bu gün Cənubi Koreya və Yaponiyanın Birləşmiş Ştatlardan daha çox hərbi texnika almasına icazə verdiyini bildirib.

Prezident Tvitterdə bu haqda mesajını cənubi koreyalı həmkarı ilə telefon söhbəti aparmasından bir gün sonra yazıb. Prezident Tramp və Cənubi Koreya prezidenti Moon Ca -Un Seulun faydalı yüklü raketlərinə qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması və BMT-nin Pxenyana qarşı daha sərt sanksiyalar tətbiq edilməsi məsələsində razılıq əldə edib.

Cənubi Koreya prezidentinin eyni zamanda, BMT-nin Şimali Koreyaya neft daşımalarının qarşısını almağa çağırdığı haqda məlumat verilib. (Amerikanın Səsi)