XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 September 2017 - 16:19

Suriyanın əsas neft mərkəzi  İŞİD-dən azad edildi –Əsədin ordusu 7 ildən sonra Deyr Əl-Zor şəhərinə girdi

 Suriyanın hökumət qüvvələri İŞİD militantlarının üç ilə yaxındır mühasirədə saxladığı ölkənin şərqindəki Deyr Əl-Zor şəhərinə daxil ola bilib.

Media xəbərlərində ordunun hökumətin şəhərin qərb hissəsindəki əsas hava bazasına qədər çatdığı deyilir. 2011-ci ildə Suriyada baş verən qiyamdan sonra üsyançı qruplar və cihadçılar Deyr Əl-Zoru və eyni adlı vilayəti ələ keçirmişdi. 2014-cü ildən bəri isə İŞİD döyüşçüləri bölgədə komandanlığı tam ələ aldı.

Deyr Əl-Zor ölkənin neft sənayesinin mərkəzi olduğundan buranın nəzarətinin geri alınması Suriya prezidenti Bəşar Əl-Əsəd üçün böyük mükafatdır. (Amerikanın Səsi)