XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 September 2017 - 16:42

“Avropa İttifaqı  Türkiyəni tərkibində görmək istəmirsə,  səmimiyyətlə etiraf etsin” –Ərdoğan

Avropa İttifaqı Türkiyə ilə bağlı heç bir vədini yerinə yetirməyib.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, Türkiyənin Aİ ilə problemləri yoxdur, amma belə görünür ki, bu qurumun Türkiyəyə qarşı münasibəti ikili standartlara əsaslanır. “Türkiyənin Aİ-yə daxil olan bəzi ölkələrdən daha güclü olmasına baxmayaraq, Ankara indiyədək üzvlük əldə edə bilməyib”.

Türkiyə prezidenti bəyan edib ki, əgər Aİ Türkiyəni qurumun tərkibində görmək istəmirsə, bunu səmimiyyətlə etiraf etsin.