Çərşənbə günü Avropa İttifaqının ən yüksək məhkəməsi üzv ölkələrin qaçqın qəbul etməyə məcbur edilə bildiyinə dair qərar çıxarıb və beləliklə Macarıstan və Slovakiyanın ittifaqın başlatdığı sistemdən kənar qalmaq tələbini rədd edib.
Avropa Şurası bəzi şərqi Avropa ölkələrinin etirazlarına baxmayaraq yerləşdirmə planını təsdiq etmişdi. Plan Yunanıstan və İtaliyaya yerləşən 160 min qaçqını başqa ölklərə köçürməyi nəzərdə tuturdu. Lakin hələ ki, təkcə 24 min insan köçürülüb. Çərşənbə günü Avropa Ədalət Məhkəməsi şuranın planı yekdilliklə təsdiq etməsinə ehtiyacın olmadığını və “fövqəladə vəziyyətlə bağlı effektiv və cəld tədbir görmək” səlahiyyətinə malik olduğunu bildirib.
Macarıstan və Polşa qaçqınları qəbul etməkdən imtina edib, Slovakiya isə ölkəyə çox az sayda qaçqın alıb.
Çərşənbə günü məhkəmənin qərarından sonra Macarıstanın baş naziri Piter Szijjarto ölkəsinin bunu “dəhşətli və məsuliyyətsiz” qərar olaraq gördüyünü deyib. O, bu qərarın Avropanın təhlükəsizliyi və gələcəyini təhlükəyə saldığını bildirib. Slovakiya baş naziri Robert Fiko isə müxbirlərə deyib ki, onun ölkəsi məhkəmənin qərarına hörmət etsə də, kvotalara qarşı çıxan mövqeyini dəyişməyib.