XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

09 Aprel 2015 - 06:21

İki türk jurnalisti həbs edilə bilər

Картинки по запросу şarl ebdo

Onları dörd il yarıma qədər həbs gözləyir

Türkiyə prokurorluğu iki məşhur jurnalisti Muhəmməd Peyğəmbərin (s.ə.s.) karikaturalarını dərc etdiyinə görə həbsxanaya göndərməyi təklif edib.

Strateq.az “Hurriyet” qəzetinə isnadən bildirir ki, onları dörd il yarıma qədər həbs gözləyir.

Ceyda Karan və Hikmət çətinqaya “ictimai nifrətin qızışdırılması” və “dini dəyərlərin təhqiri”ndə ittiham olunur.

İttihama səbəb Fransanın satirik “Şarli Ebdo” dərgisinin üz qabığının kiçildilmiş versiyasının “Cumhuriyet” qəzetinin köşəsində illüstrasiya edilməsi olub.

Xatırladaq ki, “Şarli Ebdo” dərgisi Muhəmməd Peyğəmbərin (s.ə.ş.) karikaturasını dərc etdiyinə görə islamçıların hücumuna məruz qalıb.