XƏBƏR LENTİ

02 İyun 2020

Digər Xəbərlər

07 Sentyabr 2017 - 10:08

Xan Te Son:"Şimali Koreya ABŞ üçün yeni “hədiyyə”lər hazırlayır"

Şimali Koreyanın BMT-dəki nümayəndəsi Xan Te Son bildirib ki, ölkəsi nüvə və raket proqramlarını davam etdirəcək və ABŞ Pxenyandan yeni “hədiyyə”lər alacaq.

Azərtac NHK telekanalına istinadla xəbər verir ki, bu barədə Xan Te Son sentyabrın 6-da Cenevrədə tərksilah üzrə konfransda çıxışı zamanı danışıb.

Tədbirdə iştirak edən 30-dan çox ölkənin nümayəndəsi Şimali Koreya tərəfindən keçirilən növbəti nüvə sınağını pisləyib.

Bununla bərabər, Yaponiya və Cənubi Koreyanın müdafiə nazirləri Pxenyana qarşı təzyiqləri gücləndirmək üçün ABŞ ilə birlikdə sıx əməkdaşlıq barədə razılığa gəliblər.

Telefon danışığı zamanı aparılan müzakirələr barədə məlumat verən Yaponiyanın müdafiə naziri İtsunori Onodero bildirib ki, beynəlxalq ictimaiyyətin dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq, Şimali Koreya nüvə sınağını davam etdirir. Bu, yolverilməzdir.

Cənubi Koreyanın müdafiə naziri Son Yon Mu da öz növbəsində bu sınağı pisləyib və ölkəsinin beynəlxalq ictimaiyyətin digər nümayəndələri ilə birlikdə Şimali Koreyaya qarşı cavab tədbirlərinə qoşulacağını bildirib.