XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 September 2017 - 12:00

Tillerson postunu itirə bilər- Onu Nikki Heyli əvəzləyə bilər

ABŞ dövlət katibi Reks Tillerson postunu itirə bilər.
 
APA-nın xəbərinə görə, “Foreign Policy” nəşri yazır ki, R.Tillersonu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heylinin əvəzləyəcəyi gözlənilir.
 
Bu barədə son bir neçə həftədir, danışıqlar gedir. N.Heyli artıq faktiki olaraq R.Tillersonun işlərini görməyə başlayıb.
 
R.Tillerson hətta Şimali Koreyanın raket sınaqları ilə bağlı bəyanat belə verməyib. N.Heyli isə Şimali Koreyanın bu addımını tənqid edib, hətta İranla nüvə razılaşmasına da toxunub.
 
Dövlət Departamentindən isə bildirilib ki, R. Tillerson "Harvi" qasırğasından sonra Teksasa gedib, Şimali Koreya problemi ilə də oradan məşğul olur.