XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

21 Dekabr 2015 - 12:53

KTMT-nin sammiti keçirilib – Moskvada

ktmktt.jpg

Moskvada KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclası keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, iclasda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərin başçıları iştirak ediblər.

Toplantıda regional təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi, beynəlxalq terrorçuluqla effektli mübarizə və digər məsələlər müzakirə olunub. Dövlət başçılarının iştirakı ilə başlayan iclas nümayəndə heyətlərinin iştirakı ilə davam edib.

Qeyd edək ki, iclasda Rusiya prezidenti Vladimir Putin, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Belarus prezidenti Aleksandr Lukaşenko, Tacikistan prezidenti İmaməli Raxmon, Qırğızıstan prezidenti Almazbek Atambayev və Ermənistan prezidenti Serj Sarkisyan iştirak ediblər.